Hər şey bir ideyadan başlayır

Biz Biridea olaraq, sadəcə bir agentlik deyilik — biz ideyaları nəticəyə çevirən kreativ komandayıq. Fəaliyyətimiz Azərbaycanda qurulsa da, komandamızın təməli Almaniyada atılıb. Avropa keyfiyyət standartlarını yerli bazarın ehtiyacları ilə birləşdirərək, müasir, funksional və fərqləndirici məhsullar yaradırıq.

İşimizin mərkəzində siz varsınız

Sizin ideyanız bizim üçün yalnız başlanğıcdır. Ətraflı müzakirə, bazar analizi və strateji yanaşma ilə bu ideyanı konkret nəticəyə çeviririk. UI/UX-dən tutmuş proqramlaşdırma, dizayn, süni intellekt inteqrasiyası və təhlükəsizlik sistemlərinə qədər hər şey daxili komandamız tərəfindən yerli olaraq hazırlanır.

Niyə məhz biz?

  • Yadda qalan brendlər yaradırıq. Loqotip və rənglərdən çox, brendin ruhunu formalaşdırırıq.
  • Müştərilərinizi fanatlarınıza çeviririk. Səmimi və təsirli ünsiyyət auditoriyanızla dərin əlaqə yaradır.
  • Təcrübəmizə güvənə bilərsiniz. Komandamız illərlə Almaniya və Avropa bazarlarında formalaşmış peşəkarlara əsaslanır.

Xidmət spektrumumuz genişdir:

  • Veb-saytlar və funksional platformalar
  • iOS və Android üçün yerli mobil tətbiqlər
  • Brendinq, advermə və korporativ stil
  • Süni intellekt və interaktiv həllər
  • Qrafik və poliqrafik dizayn
  • Sosial media strategiyası və e-mail marketinq

Sizin uğurunuz bizim uğurumuzdur

Biz sadəcə layihə hazırlamırıq — nəticə yaradırıq. Bələdçi.az, Chery Azərbaycan, Muatch, UAZ Azərbaycan kimi flaqman layihələrdə olduğu kimi, hər müştəri üçün özəl və dəyərli bir iş ortaya çıxarırıq.

Gəlin tanış olaq

Əgər sizin də ideyanız varsa, biz onu reallığa çevirə bilərik. Bizimlə əlaqə saxlayın — nəticəni birlikdə yazaq.

Sizin abunəlik cəhdiniz uğurlu keçmədi.
Siz bizim kampaniyalara abunə oldunuz.

İlk sifarişinizə 5% endirim!

Bizim e-mail yeniliklərimizə abunə olun və kampaniyaları qaçırmayın.